Nəyə görə mən öz avtomobilimi icarə verməliyəm?

Çünki avtomobil böyük xərcdir, və bu xərcləri siz onu istifadə etməyəndə belə ödəməlisiniz.

Avtomobil orta insanın etdiyi ən böyük xərcdir, ondan bahalı aldığımız ev ola bilər, o da ki xərc yox, investisiya sayılır. Çünki avtomobil qiymətini daim itirir (nadir retro avtomobillərdən xaric). Qiymətsizləşmə və ya amortizasiya avmobilin xərclərinin ən böyük hissədir. Gəlin baxaq avtomobil saxlamağın hansı xərcləri var:

  1. Amotrizasiya: Yeni avtomobil salondan çıxan kimi qiymətini 20%-ə qədər dərhal ititirir. İlk 5 ildə avtomobilin dəyəri 40-50% düşür. Əlbəttə vaxt keçdikcə, maşının dəyəri düşdükcə qiymətdən düşmə də azalır, yəni köhnə ucuz maşın məsələn 1998-ci ilin Mersedes C200-ü qiymətdə az düşəcək, ama 10 ilə qədər olan maşınlar orta hesabla ilə dəyərinin 7%-i itirir. Maşını ümumiyyətlə istifadə etməsəniz belə bu pul sizdən çıxır.
  2. Ödənişlər – buna daxildir, sığorta ödənişləri (icbari və kasko) və texniki baxış. Bu xərclər sürüb sürmədiyinizdən asılı deyil. Əlbəttə, kasko sığortası almaya da bilərsiniz, hadisə ilə üzləşsəniz (hansı ki həmişə sizdən asılı deyil) xərciniz daha çox olacaq. Bu xərclər illik avtomobilin dəyərinin 3-5% i təşkil edir.
  3. Texniki qulluq. Maşının müəyyən ehtiyyat hissələrini vaxtaşırı dəyişmək lazımdır, hətta maşın sürülməsə belə, məsələn bir çox rezin parçalar – təkərlər, remenlərin 3-5 ildən bir dəyişilməlidir. Bu da illik avtomobilin qiymətinin 1-3%i təşkil edir.
  4. Digər xərclər – məsələn avtomobilin yuyulması və parkinqi. Çoxunuz deyə bilərsiniz ki, “mənim qarajım var, mənə pulsuzdur parkinq” düzdür ama o qaraj da havayı deyil. Bu xərcləri illik sadələşmə üçün avtomobilin qiymətinin 1%dən az qəbul edək.

Düməli sadəcə maşın sizin olduğuna görə siz ildə onun dəyərinin 11-15%i ödəyirsiniz. Yəni 20000 manat dəyərində maşın üçün ayda siz 183 – 250 manat pul ödəyirsiniz!

“Bilsəydim elə o pula rahat taksi ilə gəzərdim” deyənlər olur, və Bakı kimi meqapolisdə həqiqətən də belədir.

Bəs alternativ nədir? GetUdrive ilə siz 20000 lik avtomobilizi gündəlik 40 manatdan ayda cəmi bir neçə gün icarə verməklə bu xərcləri ödəyə bilərsiziniz! Avtomobil sizə nəinki havayı başa gələcək, hətta siz ondan pul qazanacaqsınız!

Bu çox sadədir, bunun üçün qeydiyyat formasını doldurun və ilk 50 qeydiyyatdan keçmiş avtomobillər üçün xidmət haqqı 3 aylıq tamami ilə pulsuz olacaq!

GetUdrive necə işlədiyinin izahı ilə burda tanış ola bilərsiniz:

Niyə getUdrive ilə icarə?

Onsuz da xeyli avtomobil icarə şirkətləri var, nəyə görə mən məhz getUdrive-dan icarə etməliyəm? Buna xeyli səbəb var, gəlin baxaq görək:

  • Bizdə qiymətlər daha ucuzdur! Ənənəvi avtomobil icarə şirkətləri avtomobilin bütün xərclərini icarəçilərlə bölüşür. Bu o deməkdir ki, avtomobil icarə olunmadığı vaxta görə də pulu siz ödəyirsiniz.
  • Bizdə seçim daha genişdir. İcarə şirkələrində standard tipli maşınlar olur, bizdə isə hər növ avtomobil var.
  • Bizdəki avtomobillər realdır! İcarə şirkətlərində çox vaxt avtomobil klasına görə rezervasiya olunur. Məsələn, ekonom maşın Volksvagen Polo və ya Ford Fiesta ola bilər. getUdrive-da siz rezervasiya elədiyiniz maşını icarə edirsiz! Həmin maşının real şəkillərini görürsünüz və hətta bu maşına əvvəlki istifadəçilərin verdiyi reytinqi də görürsünüz.
  • Bizdə daha rahatdır! İcarə şirkətlərində adətən ancaq iş vaxtı təhvil təslim etmək olur və şirkətin yerləşdiyi yerə getmək tələb olunur. Bizdə razılaşma ilə təhvil təslim vaxtı yerini sizin istəyinizə uyğunlaşdırmaq olar.