Marafondan nə öyrəndik? getUdrive küləyə qalıb gəldi!

GetUdrive olaraq bizim ətraf mühitin mühafizəsində çox böyük marağımız var. Sağlam həyatı təşviq edən təşəbbüsləri dəstəkləyirik. Ona görə də bu ilki Bakı marafonunda iştirak etdik!

Söz verdiyimiz kimi marafon haqqında burada məlumat verəcəyik.

Başlanğıcda hava mülayim və stabil idi, çox işıqlı və ürəkaçan gün idi.

Hava günəşli olsa da gün kremi götürməyi lazım bilmədim. Gec də olsa başa düşdüm ki, bu böyük səhf idi.

Start xəttində xeyli adam var idi, düzdür, əksəriyyət qaçmağa gəlməmişdi.

Finiş xəttinə çatanda nə qədər yorğun olsaq da bir o qədər də həzz alırdıq.

Mən yarışı gözlədiyim kimi 1 saat 45 dəqiqəyə tamamladım. Bu çox zəif nəticə olsa da qeydiyyatdan keçmiş 18000 nəfər arasında 92-ci yer heç də pis deyil, düzün desən nə 18000 nəfərə nə də 92-ci olduğuma əmin deyiləm 🙂

Marafondan nə öyrəndim?

  1. Sadəcə olaraq dayanma! Dayanmaq üçün bəhanə tapmaq çox asandır, əsas davam etməkdir. Bir neçə kilometrdən sonra ürəyim bulandı və daxilimdə dayanmamaq üçün bir mübarizə başladı. Sonra qarın ağrısı yarandı və öskürməyə başladım. Bunlara baxmayaraq davam etməyin mümkün olduğunu bilirdim, ama bunu daxilimdəki mübarizədə sübut etməli idim. Finişə çatanda anlayırsan ki, bəzən tələb olunan sadəcə oluraq dayanmamaqdır. Marafonda yarışı sona çatdırma planına sadiq qalma kimi, həyatda da, nə olursa olsun, ideallara sadiq qalmaq bizi məqsədimizə yaxınlaşdırır.
  2. Özünü başqaları ilə müqayisə etmə! Bilmirsən startda cins paltarla gəzib yolu bağlayanlara gileylənəsən yoxsa peşəkar idmançıların səni keçməsinə görə narahat olasan. Heç biri! Bunun heç bir mənası və xeyri yoxdur! Gələk özümüzü ancaq dünənki özümüzlə müqayisə edək və bu gün dünənkindən azca da olsa daha ütün olmağa çalışaq. Digərlər ilə müqayisə özümüz haqqında ancaq yanlış və mənasız məlumat verir çünki daim bizdən nədə isə üstün və zəif olanlar olacaq.
  3. Hazırlıqlı ol! Bizim cəmi üç həftə vaxtımız var  idi ama bu belə bizə axıra çatmağa kifəyət etdi! Nə qədər az olsa belsə heç hazırsız olmaqdan sonsuz qədər yaxşıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *